R – Min ildi səni gözləyirəm! Niyə gec gəldin? A – Pişik vardı yolda. R – Nə pişiyi?[…]
Mario Varqas Lyosa – Borxesin labirintləri
İnanıram ki, ispanca yazan hər birimiz ona çox şey borcluyuq. Buna hamımız, mənim kimi, heç vaxt fantastik hekayə yazmamış və fantastik olana, ikili şəxsiyyət və sonsuzluq məsələlərinə, ya da Şopenhauerin metafizikasına heç vaxt xüsusi maraq göstərməyənlər də daxildir.
XƏSİL ADAM (İlham Əziz)
Ta ki, o qara qışın qar vaxtına qədər. Havanın ölü danışdıran vaxtı qara maşın gəlib düz Malikin evinin qabağında durdu. İçindən zülmət adamlar düşdü, qara-qara danışdılar, Malik qulaq asdı, heç nə anlamadı, heç nə duymadı. Qapqara qaraldı, qara qışdan da, qara maşından da seçilmədi.
ÖLÜ QUŞLAR (Xəyyam Rəfili)
Hər atışmada quşlar yadıma düşür. Görəsən insanlara atılan mərmilər göydə quşlara dəyirmi? Əgər dəyirsə… Torpaq uğrunda gedən döyüşdə niyə göy sakinləri ölməlidir?
YORĞUN YAĞIŞ (Xəyyam Rəfili)
Dünən axşam onun kəndə gəldiyindən kimsənin xəbəri olmamışdı. Heç kimdən yolu-yolağanı soruşmamışdı. Hər halda bir kəndin bələdiyyə sədrinin kəndin ən yaxşı yerində tikilən iki mərtəbəli, seyvanlı-aynabəndli evini tapmaq o qədər də çətin iş deyil, amma kimsəsiz Mürsəl kişinin o boyda kəndin ən sonuncu evindən sonra olan daxmasını heç kimdən soruşmadan, əli ilə qoyubmuş kimi gəlib tapmışdı. Bu işlərdə ölüm çox vəfalıdı. Harda olsan gəlib tapar.
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN TARİXİ (Tofiq Hacıyev)
Tofiq_Haciyev_Azerbaycan_edebi_dilinin_tarixi_1-ci_hissə Tofiq_Haciyev_Azerbaycan_edebi_dilinin_tarixi_2-ci_hissə
ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ (Rəhim Əliyev)
Ədəbiyyat Nəzəriyyəsi kitabının PDF-ni yüklə
SİÇANLAR VƏ ADAMLAR. Con Steynbek (audiokitab)
Con Steynbekin SİÇANLAR VƏ ADAMLAR əsərinin audioyazısı. Buyurun dinləyin!
BALACA ŞAHZADƏ. Antuan de Sent Ekzüperi (audiokitab)
Antuan de Sent Ekzüperinin BALACA ŞAHZADƏ əsərinin audioyazısı. Buyurun dinləyin!
Əli Və Nino (audiokitab)
Qurban Səidin “Əli və Nino” əsərinin audioyazısını aktyor Rasim Balayev oxuyur. Buyurun dinləyin!
HA-HA-HA və HE-HE-HE!!!
Cəlaləddin Rumi deyir di ki: “insanın necə gülməyindən onun tərbiyyəsini, nəyə gülməyindən isə səviyyəsini anlaya bilərsən”.
Demək ki, gülmək məsələsi diqqət yetirməli olduğumuz məsələlərdən olmalıdır. Mən də diqqət yetirdim və qəribə şeylər kəşf elədim.
EŞİTDİKLƏRİM, GÖRDÜKLƏRİM, OXUDUQLARIM.
Əziz dostlar, çox sevdiyim bir kitabın audioyazısını sizinlə paylaşıram. Manaf Süleymanovun
“EŞİTDİKLƏRİM, GÖRDÜKLƏRİM, OXUDUQLARIM” kitabı doğma Bakımızın yaxın keçmişindən, daha doğrusu neft bumu illərindən bizə xəbər verən ən gözəl və dəyərli əsərlərdən biridir. Kitabın özü-özlüyündə gözəl olduğu bir yana, onun səslənməsi də bir o qədər ecazkardır.
“Qurani Kərimin” Azərbaycan dilində mənaca tərcüməsi (audiokitab)
Elə bilirəm ki, edə biləcəyim işlərin içində bundan yaxşısı və bundan xeyirlisi ola bilməz. Allahın bizə göndərdiyi Kitabı insanlara çatdırmaq və daha da əlçatan edə bilmək mənim üçün bir şərəfdir və bu fürsəti mənə bəxş etdiyi üçün Uca Rəbbimə sonsuz həmd-sənalarımı çatdırıram!
AZƏRBAYCAN KLASSİK ƏDƏBİYYATINDAN SEÇMƏLƏR (3 cilddə)
“Azərbaycan Klassik Ədəbiyyatından Seçmələr” kitabı 3 cilddən ibarət olub, VII əsrdən XVIII əsrədək olan zamanlarda Azərbaycan şer nümunələrini özündə cəm edir. Şersevənlər üçün gözəl töhvədir.
ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞERİN İNKİŞAFI (XIII-XIV əsrlər)
Yaqub Babayev – Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şerin inkişafı (XIII-XIV əsrlər)